Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçını izləyənlər arasında “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də var.
Yenicag.az xəbər verir ki, türkiyəli mütəxəssis Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı Ağdam klubunun vitse-prezidenti Tahir Gözəllə birlikdə izləyir.