Sensasion İDDİA: Rusiya Ukraynanın bu planlarından xəbərdar olub

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində planlarından xəbərdar idi.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Guardian” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya bölmələrinin komandirlərinə 2024-cü il yanvarın əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin mümkün hərəkətləri barədə xəbərdarlıq edilib.

Məlumata görə, Ukrayna hərbçiləri tərəfindən əsir götürülən Daxili İşlər Nazirliyi, federal Təhlükəsizlik Xidməti (“FSB”) və Rusiya Ordusunun sənədlərinə əsasən, fevral ayında Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətinin ərazisindən 80 km dərinliyə çıxmağa çalışacağını güman edirdi.

Bildirilir ki, mart ayında Rusiya hərbçilərinə müdafiə xətlərini gücləndirmək tapşırılıb. İyun ayında Ukraynanın avqustda baş verən Sudja şəhərini nəzarətə götürmək planları ilə bağlı daha konkret xəbərdarlıq ortaya çıxdı. Sənədlərdə regionda Rusiyanın təchizat xətlərini pozmaq üçün Seym çayı üzərindəki körpünün dağıdılması ehtimalından da bəhs edilir.

Bundan əlavə, sənədlərdə Kursk vilayətindəki rus bölmələrinin aşağı əhval-ruhiyyəsindən, kadr çatışmazlığından və Rusiya Silahlı Qüvvələrinin sıralarında intihar hallarından bəhs edilir.

KİV əlavə edib ki, bütün bu sənədlər Ukrayna hərbçilərindən alıb və onların həqiqiliyini müstəqil şəkildə təsdiq edə bilmirlər. Amma Rusiya bu məlumat sahəsində Kursk AES-in tutulmasının qarşısını alıb. Çünki Ukrayna hökuməti daxilində Rusiyaya məlumat ötürən xüsusi qruplar var.

Rafi Müslümov

COP29