Sensasion PROQNOZ: Rusiya Ermənistanda hakimiyyət çevrilişi hazırlayır

“Rusiya Ermənistanda da hakimiyyət çevrilişi hazırlayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Tavuşda etiraz aksiyası keçirənlərin İrəvana yürüşü, bunun gözlənilən nəticələri və prosesi idarə edən qüvvələrin kimliyini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, prosesin arxasındakı güc Rusiyadır.

“Rusiya artıq Gürcüstandakı vəziyyəti də idarə edir. Prosesləri qızışdırır, Gürcüstanı da Avropa İttifaqından uzaqlaşdırsın və buna az qalıb. Bundan əlavə, Ermənistanda da hakimiyyət çevrilişi hazırlayır və bunu həyata keçirməyə çalışır”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda vəziyyəti ağır hesab etmək olar:

“Qərb dünyası həddindən artıq siyasi iradəsiz və dişsiz hesab etmək olar. Proseslər getdikcə daha çox qəlizləşəcək. İndidən hansısa proqnoz vermək çətindir”.

Səxavət Məmməd

COP29