2022-ci ilin sentyabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artaraq 210,2 milyon dollara bərabər olub.
Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin yanvar-sentyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-avqust ayları ilə müqyisədə 21,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2021-sentyabr 2022) Türkiyə 2 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.