Sentyabrın 28-də Ay tutulması baş verəcək

ay_tutulması_manset (1)Sentyabrın 28-də Yer sakinlərini növbəti Ay tutulması gözləyir.

Bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsinin sonuncusudur. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.

Qeyd edək ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın – 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşacaq və nəticədə onun üzərinə planetimizin kölgəsi düşəcək(modern).