Sentyabrın ilk ongünlüyündə hava necə olacaq?

Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir: “Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir”.