İranın “Mahan” Hava Yolları Şirkətinə məxsus təyyarələr SEPAH-ın Suriyanın Əl-Laziqiyyə şəhərindən SEPAH-ın bu ölkədəki son qüvvələrini də İrana geri qaytarıb.
Yenicag.az xəbər verir ki, bu barədə xarici media “Mahan” Hava Yolları Şirkətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 8-də şirkətin bir neçə təyyarəsi Əl-Laziqiyyəyə və əks istiqamətə dəfələrlə uçuşlar edib.
Bununla yanaşı EP-MJF A340-300 qeydiyyat nömrəli daha bir təyyarənin Əl-Laziqiyyəyə yola düşdüyü, ancaq enişinə icazə verilmədiyi üçün Tehranın İmam Xomeyni hava limanına geri qayıtdığı bildirilib.
Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirib və Bəşər Əsəd rejimi devrilib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.