Türk və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin “Akıncı” PUA-sının tapması haqqında materiallar var. Lakin SEPAH-a bağlı olan Telegram kanalı bunun əksini iddia edir.
Yenicag.az iddianı olduğu kimi təqdim edir:
“Səhər duman aradan qalxdıqdan sonra helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus PUA deyil, İran helikopteri tərəfindən müəyyən edilib. PUA-nın elan etdiyi yer qəza yerindən 6,5 km aralıda olub”.
Qeyd edək ki, hazırda İranın bütün media quruluşları da bu istiqamətdə əks – təbliğat aparırlar. İran rəsmiləri də israrla qeyd edirlər ki, Türkiyəyə məxsus “Akıncı” PUA-sı qəza yerini tapa bilməyib. Lakin bu iddialarını əsaslandıranda fərqli arqumentlər gətirirlər./Musavat.com