!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı kürdlərə qarşı aksiyalar başladı

!Reklam – Yazi

img1893976Ölkənin bəzi şəhərlərində HDP binaları aksiyaçılar tərəfindən yandırılıb.

Türkiyənin Şırnaq vilayətində ölkənin hərbi qüvvələri ilə PKK silahlıları arasında atışmalar daha da şiddətlənib. Əsasən, Cizrə rayonunda gecə saatlarına qədər döyüşlər gedib. Artıq 5 gündür ki, Cizrədə komendant saatı tədbiq olunur. Hökumət qüvvələri bölgədə genişmiyqaslı anti-terror əməliyyatlarına start verib.

Hakkari vilayətində polis məntəqəsi hücuma məruz qalıb. Hücum zamanı polislə silahlılar arasında atışma düşüb. Atışma nəticəsində 1 polis əməkdaşı ölüdürülüb.

Ötən gün Mardin vilayətində minaya düşən polislərdən biri də dünyasını dəyişib.

Son bir neçə gündə 30-dan çox hərbiçinin ölümü ilə nəticələnən hücumlar bütün Türkiyədə etiraz yürüşlərinə səbəb olub. Təkcə Yozqat vilayətində aksiyaya 10 mindən çox fəal qatılıb. Fəallar “şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə çıxış ediblər.

Paytaxt Ankara ilə yanaşı, Konya, Bursa, İzmir, Artvin, Təkirdağ və Mərsin vilayətlərində fəallar kürd-yönümlü Xalqların Demokratik Partiyası binalarına hücum edərək binanın üzərindəki plakardları söküb, yerinə Türkiyə bayrağını asıblar.

Antalyada isə, partiyanın binasına od vurublar. Polis zorakılıqların qarşısını almağa çalışarkən tərəflər arasında qarşıdurmalar yaşanıb.

İstanbul şəhərində Xalqların Demokratik Partiyası (HDP) tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Polis aksiya zamanı fəalların mətbuat bəyannaməsi səsləndirməsinə imkan verməyib. Tərəflər arasında yaranmış gərginlik zamanı polisə müdaxilə edən 2 nəfər həbs olunub(ans).

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv