Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları sağçı terror təşkilatı yaratmaqda şübhəli bilinən 23 yaşlı almaniyalını saxlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə RMF24 telekanalı hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Almaniya Federal Kriminal Polis İdarəsi ilə uzun aylıq əməkdaşlıq nəticəsində noyabrın 5-i çərşənbə axşamı Zqojeltse şəhərində Yorq S.-i saxlayıblar.
Qeyd olunur ki, 23 yaşlı Almaniya vətəndaşı sağçı “Saxon Separatists” terror təşkilatını yaratmaqda və bu təşkilatda iştirakda ittiham olunur. Hüquq-mühafizə orqanları iddia edir ki, bu təşkilatın üzvləri hərbi texnikadan istifadə etməklə dəfələrlə hərbiləşdirilmiş təlim keçiblər. Qrupun həmçinin hərbi texnika alıb kamuflyaj kostyumları, dəbilqələr, təhlükəsizlik jiletləri və qaz maskalarından istifadə etdiyi də bildirilir.
Kanal bildirir ki, əməliyyatlar təkcə Polşada deyil, Almaniya və Avstriyada da həyata keçirib və ümumilikdə 8 nəfər saxlanılıb, 20 yerdə axtarış aparılıb.
Alman mediası yazıb ki, “Sakson separatçıları” ideologiyası irqçi və antisemitizm ideyaları ilə xarakterizə olunan 15-20 nəfərlik qrupdur. Onlar üçün Almaniyanın çöküş ilə üzləşəcəyi, dövlətin və cəmiyyətin müəyyən bir gündə parçalanacağına heç bir şübhə olmadığı iddia edilir.
Avqust ayında neonasist qruplaşmasının Şimal Müqavimət Hərəkatının üzvlərinin qapalı söhbətlərdə İsveçin ədliyyə naziri Qunnar Strömmerin antisemitizm zəminində öldürülməsi ehtimalını müzakirə etdiyi bildirilib. Oktyabrın sonundan alman polisinin Berlində qatar stansiyasında partlayıcı ilə çanta qoyub federal məmurlar tərəfindən saxlanıldıqdan sonra qaçan şəxsi axtarıldığı qeyd olunub.
Mayıl Soltanov