“Heç vaxt mövcud olmayan qurumun binalarının sökülməsində siyasi motiv axtarmağa əsas yoxdur”.
Bunu Xankəndidə separatçı rejimin parlament binasının sökülməsinin verdiyi mesajlar barədə fikirlərini səsləndirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə Xankəndidə separatçıların inzibati binalar tikərək “dövlət institutu” adını verməsi Azərbaycan üçün qəbulolunmazdır:
“Bu qondarma qurumu Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Çünki tanınması üçün heç bir hüquqi əsası olmayıb. Yəni nəticə olaraq tikdikləri hansısa binanın sökülməsi üçün heç bir problem yoxdur. Hazırda və ümumilikdə, heç vaxt mövcud olmayan qurumun binalarının sökülməsində siyasi motiv axtarmağa əsas yoxdur.
Həmçinin bunu erməni mədəni-irsinin talan edilməsi kimi qələmə vermək də doğru deyil. Məsələni yeni reallıqlara uyğun olan bərpa-quruculuq işləri kimi önə çıxarmaq daha doğrudur”.
Nəsimi Ələsgərli