Separatçılar havadan hücuma keçdi

68868Luqanskda rusiyameyilli separatçılar ilk dəfə Ukrayna ordusuna qarşı havadan hücüm edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, separatçı Donetsk Xalq Respublikasının qoşunu Ukrayna hərbçilərinin iki Su-25 hücum təyyarəsini vurub.

Bu barədə separatçı respublikanın Müdafiə Nazirliyinin korpus komandirinin müavini Eduard Basurin açıqlama verib.

“Bu gün 14:25-də iki Su-25 bombardmançı təyyarəsi vurulub. Onlardan biri bizim mövqelərimizə hücüm etməyə çalışdığı Çernuxino ərazisində vurulub. Hazırda təyyarə vurulan zaman xilas olan pilotun axtarışları davam edir”, – deyə Basurin bildirib.