Separatçılar Xankəndidə aksiya keçirir

Hazırda ermənilər Xankəndidə “ümumxalq aksiyası” keçirirlər.

Yenicag.az xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.

Xatırladaq ki, bir sıra KİV-lərdə ermənilərin guya Laçındakı sərhəd-buraxılış məntəqəsinə yürüş edəcəkləri bildirilmişdi. Laçın nəzarət-buraxılış məntəqəsindən qanunsuz yüklərin keçirilməsindən sonra Azərbaycan yolda hərəkəti müvəqqəti olaraq bağlayıb.