Qondarma “Donetsk Xalq Respublikası” separatçı rejiminin rəhbəri Aleksandr Zaxarçenko yaralanıb. APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “LifeNews” telekanalı məlumat yayıb.
A. Zaxarçenkonun Debaltsevo şəhərində Ukrayna əsgərləri ilə döyüşdə topuğundan yaralandığı bildirilir. O, ilk tibbi yardım göstərildikdən sonra şəhərdən çıxarılıb.
Debaltsevoda küçə döyüşləri davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şəhərin bir hissəsinin separatçılar tərəfindən ələ keçirildiyini təsdiqləyib.