Separatçıların “müdafiə naziri”nə yüksək vəzifə verildi

Qarabağdakı keçmiş separatçıların “silahlı birləşmələrin” “komandanı” Kamo Vardanyan Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni məıtbuatı məlumat yayıb.

Vardanyan məlumatı mətbuata təsdiqləyib.

Qeyd edək ki, Kamo Vardanyan 2021-ci ildə Qarabağ separatçılarının “komandanı” təyin edilmişdi. O, 2023-cü ilin sentyabrında Ordumuzun uğurlu antiterror əməliyyatı zamanı Vardanyan və separatçıların lideri Samvel Şahramanyanla birgə Ermənistana qaça bilmişdi.