!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların “nazir”inə hökm oxundu – 5 milyona görə 3 il yarım HƏBS

!Reklam – Yazi

Dələduzluqda ittiham edilərək məhkəməyə çıxarılan keçmiş “nazir”ə hökm oxunub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın Moskva Şəhər Məhkəməsi qondarma “Donetsk Xalq Respublikası”nın “gəlir və yığım naziri” Aleksandr Timofeyevin 3,5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Məlumata görə, Timofeyev Ukraynanın sabiq baş naziri Nikolay Azarovun müşaviri İqor Sosnovski ilə birlikdə 5 milyon dollar qarşılığında “Üreyltransholdinq”in sabiq rəhbəri Sergey Şpakı cinayət məsuliyyətindən yayındırmaqda ittiham olunurdu.

Bu işin təhqiqatı zamanı istintaqla əməkdaşlıq etmiş Sosnovski barəsində isə şərti cəza qərarı çıxarılıb.

Məhkəmə Timofeyevin həbs müddətini müəyyənləşdirərkən onun “müharibə iştirakçısı” olmasını və hərbi əməliyyatlar zamanı yaralanmasını nəzərə alıb.

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv