!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların təxribat CƏHDLƏRİ: "Danışıqlar nəticə verməsə, Azərbaycan Ordusu hərəkətə keçməlidir"

!Reklam – Yazi

“Azərbaycan gələn təzyiqlərə əhəmiyyət verməyəcək və hərbi əməliyyatlar həyata keçirəcək”.

Bu fikri Azərbaycan tərəfinin Qarabağda yaşayan ermənilərə brgə yaşayışla bağlı çağırışı və bunun fonunda hərbi əməliyyatlar ehtimalının daim gündəmdə olmasını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Qarabağdakı silahlılar tərksilah olmayana qədər bölgədə gərginlik qaçınılmazdır:

“2020-ci ildən Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə birgəyaşayışla bağlı çağırışlar edir. Buna baxmayaraq, həm Ermənistanda, həm də daxildə qızışdırma prosesini aparırlar. Separatçılar Qarabağdakı dinc sakinləri qorxu içərisində saxlayaraq imkan vermirlər ki, bu gərginlik aradan götürülsün.

Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq sülhməramlı kontingentin müvəqqəti nəzarət etdiyi ərazilərdə müəyyən istehkam işləri aparmağa çalışırlar. Azərbaycan Ordusu buna imkan verməsə də, gizlin şəkildə müdafiə xətlərinin yaradılması işi aparılır. Bunu Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri və Müdafiə Nazirliyi gözəl bilir. Qarabağda təxminən 10-12 min civarında silahlı var. Onlar tərksilah olmayana qədər Qarabağda gərginlik qaçınılmazdır, təhlükənin olacağı da daimidir.

Danışıqlar nəticə verməsə, (güman edirəm ki, nəticə verməyəcək) Azərbaycan Ordusu hərəkətə keçməlidir. Separatçıların havadarları var. İran qoşunları sərhədə yerləşdirilib. Məlumata görə İran  o istiqamətə əlavə qoşun göndərib. İran xarici işlər naziri bəyanat verdi ki, Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəklər. O, Zəngəzur dəhlizinin xəritəsini göstərdi. Azərbaycan onsuz da İrana əhəmiyyət vermir.

Güman edirəm ki, Azərbaycan tərəfi qəti addım atacaq və orada yaşayan dinc sakinlərin təhlükəsizliyini nəzərə alaraq xüsusi əməliyyatı mütləq həyata keçirəcək. Lazım gəlsə, müəyyən olunmamış sərhəddə də əməliyyatlar həyata keçirib, irəliləyəcək. Azərbaycan öz sərhədinin də təhlükəsizliyini qorumalıdır.

Gərginlik son zamanlar daha çox artmağa başlayıb. Prosesə ABŞ də qoşulub.

Qoşunların bir neçə istiqamətdə cəmləşməsi onu göstərir ki, gərginlik artan xətlə davam edir. Erməni tərəfi isə çalşır ki, beynəlxalq aləm Azərbaycana qarşı təzyiqi artırsın. Azərbaycan gələn təzyiqlərə əhəmiyyət verməyəcək və hərbi əməliyyatlar həyata keçirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv