!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların Xankəndidəki mobil-rabitə provayderi necə çökdürüldü? - VİDEO

!Reklam – Yazi

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Vətən müharibəsi zamanı erməni separatçılarının Xankəndidəki rabitə provayderinin necə uğurla sıradan çıxarıldığı məlum olub.

Yenicag.az xəbər verir kibu barədə “Xəzər Tv”də yayımlanan “Qartal Zirvə”də sənədli filmində məlumat verilib.

Bildirilir ki, yüksək texniki imkanlardan istifadə edilərək, erməni separatçılarının mərkəzi Xankəndi şəhərində yerləşən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin hərbi məqsədlər üçün istifadəsinin qarşısı alınıb.

Filmdə DTX mənsubu deyib: “Bütün Qarabağ ərazisinə bu provayder telefon xətti, internet verirdi. Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən banklar, “Artsax Bank”, böyük şirkətlər- hamısı interneti, telefon xəttini buradan alırdı. Hətta onlar mobil telefon danışıqlarında da provayder kimi “Qarabağ Telekom”dan istifadə edirdilər. Müharibə dövründə biz bu “Qarabağ Telekom”a kiber hücumlar həyata keçirdik. Kiber hücumlar nəticəsində bu ərazidə fəaliyyət göstərən bütün internet şəbəkəsi çökdü. İnternet şəbəkəsinin çökməsi nəticəsində heç bir telefon danışığı, hər hansı bir məlumat ötürmə prosesi olmadı, eləcə də banklarda heç bir tranzaksiya həyata keçmədi”.

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv