!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya-Kosova gərginliyi: "Hərbi müdaxilələrlə müşayiət olunan siyasi proseslər qlobal güclərin..."

!Reklam – Yazi

“Serbiya ilə Kosova arasındakı mümkün qarşıdurma da məhz bu qüvvələrin siyasətinin bir parçasıdır”.

Bu fikirləri Serbiya ilə Kosova arasında son yaşanan gərginliyi şərh edən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.Analitik bildirib ki, baş verən proseslər qlobal güclərin siyasi çıxarlarına hesablanmış gedişlərdir:

“Kosova məsələsinin kökü 1918-ci ilə gedib çıxır. Kosovada yaşayan xalq alban köklüdür. Serblər bura sonradan gəlib millətçilik, ayrı-seçkilik ediblər. Müsəlman albanlar daha sonra Türkiyədə məskunlaşıblar. 1964-cü ildə Kosovaya muxtariyyət verilsə də, bundan sonra da sabitlik müşahidə olunmayıb. 1999-cu ildə NATO ora müdaxilə edib və 2008-ci ildə Kosova müstəqillik əldə edib.

Ümumiyyətlə, Balkanlar həmişə qaynar bir ocaq olub. Sual oluna bilər ki, bu proses niyə indi baş verir. Baxın dünyada süni olaraq yeni müharibə ocaqları yaranmaqdadır. Dünya Rusiyanın Ukraynaya hərbi təcavüzünün mənfi nəticələrini yaşamağa davam etdiyi, ərzaq böhranın baş verəcəyinin proqnozlaşdırıldığı bir zamanda ABŞ ilə Çin arasında gərginlik artır, rəsmi Pekin Tayvan məsələsində israrını sürdürür, üstəgəl, Serbiya və Kosova arasındakı münasibətlər də artıq tarıma çəkilib. Həmçinin cənub qonşumuz da bu və ya digər şəkildə beynəlxalq gərginliyə öz “töhfə”sini verir. Anlayacağınız, dünyada baş verən və hərbi müdaxilələrlə müşayiət olunan siyasi proseslər qlobal güclərin hədəflərinə çatmaları üçün vasitədir. Serbiya ilə Kosova arasındakı mümkün qarşıdurma da məhz bu qüvvələrin siyasətinin bir parçasıdır. Düzdür, hələlik gərginlik aradan qaldırılıb, lakin qeyd etdiyimiz ocağın fitilinin atəşlənməsi üçün ciddi cəhdə də ehtiyac yoxdur.

Bu mənada, geopolitik oyunların hansı yöndə inkişaf edəcəyini və nə ilə nəticələnəcəyini yaxın gələcəkdə görəcəyik”.

Aqil Bəkir

www.yenicag.az

1416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv