Serbiya parlamenti istefaya göndərildi

Serbiya parlamenti Novi Sadda qatar stansiyasında damın uçması ilə nəticələnən kütləvi tələbə etirazları fonunda hökuməti istefaya göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, indi yeni hökumətin formalaşdırılması üçün 30 günlük müddət başlayır. Bu müddətdə Nazirlər Kabineti formalaşmasa, ölkədə parlament seçkisi keçiriləcək.

Xatırladaq ki, kütləvi narazılığa səbəb 2024-cü ilin noyabrında Novi Sadda 15 nəfərin ölümü ilə nəticələnən dəmiryol vağzalının damının uçması olub.