!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı qurbanları yad edilib - FOTO

!Reklam – Yazi

Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib.

Səfirlikdən Yenicag.az-a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edilib, 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, on minlərlə soydaşımız evlərindən didərgin düşüb. Ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti bu gün də davam etməkdədir. Anma mərasimində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni yaraqlılarının törətdikləri və öz amansızlığı ilə seçilən vəhşiliklər, Xocalı soyqırımı, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması ilə bağlı məlumat verilib. Vurğulanıb ki, bütün bunlar Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.

Tədbir iştirakçıları martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini qeyd ediblər, bu sənədin xalqımızın milli şüurunun oyanmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirdə çıxış edən qonaqlar qaçqın və məcburi köçkünlərimiz üçün yaradılan bütün imkanlara baxmayaraq, onların öz doğma yurdlarına geri dönmək arzusunu dilə gətirib və işğal olunmuş ərazilərimizin Azərbaycanda aparılan qətiyyətli daxili və xarici siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatı Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Belqradda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

www.yenicag.az

5996
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv