5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Serbiya yığması bu yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb.
Beləliklə, Dünya Kubokunda 5 komandanın – Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib.
Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.