Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.
Yeniçağ.Az xəbər verir ki, “Ipsos Strategic” agentliyi tərəfindən keçirilən “exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.
Yeniçağ.Az