Serbiyadan Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK

“Azərbaycanla Serbiya hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olundu”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu həlli vacibdir.

“Düşünürəm ki, bu, münaqişə ilə üzləşən bütün ölkələr üçün vacibdir”, – deyə N.Stefanoviç əlavə edib.