Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Serbiyanın Ermənistana silah göndərilməsi haqda “izahat”ı bəhanədən başqa bir şey deyil” – Tahir Kərimli

Reklam: Sinerji Pro

“Azərbaycanın hər zaman müsbət münasibət göstərdiyi bir ölkənin bizə qarşı qəbuledilməz davranışına effektli cavab verilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Serbiyadan Ermənistana silah-sursat göndərilməsi haqda bu ölkədən verilən rəsmi izahata münasibət bildirən Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

İşğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı Serbiyadan alınmış yeni partiya silah-sursatdan istifadə olunması haqda məlumatlara rəsmi Belqraddan reaksiya verilib.

Bu məsələyə münasibət bildirən Serbiyanın ticarət və telekommunikasiya naziri Rasim Lyajic bildirib ki, Ermənistana silah ixracı özəl şirkət tərəfindən həyata keçirilib və bu məsələdə hökumətin hər hansı iştirakı olmayıb.

Serbiyalı nazirin qeyd olunan izahatını Yenicag.az-a şərh edən millət vəkili Tahir Kərimlinin fikrincə, bu “izahat” bəhanədən başqa bir şey deyil:

“Çox təəssüf ki, Azərbaycanın beynəlxalq müstəvidə dəstək verdiyi bir ölkə ərazimizi işğal edən Ermənistana silah göndərir. Əlbəttə, bu, olduqca ciddi məsələdir və çox dəqiq izahat tələb edir.

Lakin Serbiyalı nazirin Ermənistana silah ixracının özəl şirkət tərəfindən həyata keçirildiyini deyərək, hökumətin buna görə məsuliyyət daşımadığını iddia etməsi qəbulolunmazdır. Bu “izahat” bəhanədən başqa bir şey deyil.

Hər kəsə məlumdur ki, silah ixracı və bir sıra başqa məsələlər hökumətlərin nəzarətində olur, yüksək səviyyədə razılıq olmadan bir ölkədən başqa ölkəyə bir tapança da göndərilə bilməz.

Hesab edirəm ki, Rusiyanın təsiri altında olan Serbiya bu məsələdə türklərlə tarixi münasibətlərə sığınıb və bu addımı atıb. Təbii, Azərbaycan bu məsələni belə qoymamalı və Serbiyanın belə bir yolverilməz davranışına effektli cavab verməlidir”.

A.Zeynalov

www.yenicag.az

1221