Serbiyaya viza ləğv oluna bilər

782294531“Azərbaycan və Serbiya arasında əldə olunan razılıqlara əsasən, iki ölkə arasında vizasız gediş-gəlişin təşkili mümkündür”.

Bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.

Onun sözlərinə görə, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: “Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub”.