Sərdar Cəlaloğlu deputatlığa namizəd olacaq? – Partiya toplantı ÇAĞIRIR

Azərbaycan Milli Məclisinə sentyabrın 1-nə seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısının Sərəncamından sonra ölkənin hakim və müxalifət partiyaları VII çağırış üzrə parlament seçkilərinə hazırlıqlara start verdiklərini bəyan edir.

Siyasi kluarlarda builki seçkilərin Azərbaycanın siyasi sferası üçün önəmli olacağı qeyd olunub. Eyni zamanda, siyasi vitrində dəyişiklərin olacağı, bəzi stajlı deputatların öz yerlərini gənclərə güzəştə gedəcəkləri də səslənən iddialar arasında yer alıb. Hətta cəmiyyətinin tələbi üzərinə 4 illik periodda susqunluğunu qoruyan və “susmaq qızıldır” ifadəsinə sadiq qalan bəzi deputatlar üçün adıçəkilən postda qalmaq şanslarının az olacağı da bildirilir.

Yenicag.az-la söhbətində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, partiyası Milli Məclisə seçkilərdə iştirak edəcək:

“Amma necə, nə cür və hansı dairədən kim namizədliyini verəcəksə, bunu partiyanın Məclisi müəyyən edəcək. Bu gün biz Məclisin iclasının çağırılması məsələsini müəyyən edəcəyik və bundan sonra sözügedən məsələlər dəqiqləşdiriləcək.

90% mən öz namizədliyimi verməyəcəyəm. Biz çalışacağıq ki, 120 dairənin hamısından öz namizədliyimizi verək. Lakin bunun gələcək mərhələdə az, yaxud çox olacağını deyə bilmərəm”.

Rafi Müslümov

COP29