Sərdar Ortaç Ebru Gündeşin qarşısında diz çökdü

Türkiyənin məşhur müğənniləri Sərdar Ortaç və Ebru Gündeş dörd illik küsülülükdən sonra axır ki barışıblar.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Sərdar Ortaç küsülü olduğu həmkarı ilə barışmaq üçün Ebru Gündeşin səhnəyə çıxdığı məkana gedib. Ebru onunla göz-gözə belə gəlməməyə çalışıb. Lakin daha sonra hər iki ulduzun prodüseri Hüseyin Emre səhnəyə çıxaraq, izləyicilərə “Yaramaz oğlumla sevimli qızımı barışdıraqmı?”- deyə, sual verib. Bu sözlərdən sonra Ebru Sərdarı səhnəyə dəvət edib, Sərdar da onun qarşısında diz çökərək, üzr istəyib. Müğənnilər uzun illərdən sonra barışaraq, “Bilsem ki” mahnısını birlikdə səsləndiriblər.

Qeyd edək ki, Sərdar Ortaç 2013-cü ildə Ebrunun həyat yoldaşı Rza Zərrab tutulanda ona zəng etməmiş, 6 ay sonra baş tutan toyuna da çağırmamışdı.

COP29