Sərdar Ortacın ev dustaqlığı ləğv edildi

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac barəsindəki ev dustaqlığı qərarı ləğv olunub.

Yenicag.az xəbər verir ki, Sərdar Ortac qanunsuz mərc oyunları səbəbilə saxlanılmışdı.

Məhkəmə qərarı ilə ev dustaqlığı verilən Sərdar Ortacın vəkili qərara etiraz edib. Məhkəmə etirazın haqlı olduğuna qərar verərək Ortacın ev dustaqlığını ləğv edib.

Qeyd edək ki, şoumen Mehmet Əli Ərbil də Ortacla birlikdə saxlanılmışdı. Şoumenin ev dustaqlığı hələ də davam edir.

COP29