Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya fevral ayında ABŞ-a köçəcək.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, cazibədar aktrisa “Fi” serialı bitdikdən sonra ingilis dilini inkişaf etdirmək üçün Amerikaya getməyə qərar verib.
O, 3 ay müddətində Los-Anceles şəhərində peşəsi ilə bağlı kurslara qatılacaq. Aktrisa bu müddət ərzində həm peşə, həm də xarici dil bacarıqlarını mükəmməlləşdirmək niyyətindədir.