Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yenicag.az-a bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.