Sergey Lavrov: “Rusiya buna hazırdır”

lavr

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı və ABŞ ilə münasibətləri bərpa etməyə hazır olduqlarını bildirib.

Yenicag.az report-a istinadən bildirir ki, XİN başçısı bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbələri qarşısında çıxışı zamanı deyib.
“Biz heç kimdən üz çevirmək fikrində deyilik. Aİ və ABŞ ilə normal, hərtərəfli münasibətləri bərpa etməyə hazırıq. Amma yalnız bərabərlik əsasında”, – deyə S.Lavrov qeyd edib.

Yenicag.az