Rusiya ABŞ-ın raketlər hazırlamasına səssiz qalmayacaq.
Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Yaxın və ortamənzilli raketlərin ləğvi barədə müqavilədən imtina etmək beynəlxalq təhlükəsizlik və strateji sabitliyə ağır zərbə vuracaq. ABŞ yeni raketlər hazırlayarsa Rusiya bunna seyirçi qalmayacaq. Biz də müdafiə sənayemizi təkminləşdirəcəyik” – deyə Lavrov vurğulayıb.
“Bütün dünyaya, həmçinin müttəfiqlərimizə qarşı təhlükə yaradacaq yeni raketlərin hazırlanmasına göz yummayacağıq” – deyə Lavrov əlavə edib.