Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbkov maraqlı bəyanatla çıxış edib.
Yenicag.az xəbər verir ki, o Türkiyənin Rusiyadan S-400 raketlərini almasının ABŞ-ın ciddi narahatlığına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların bu cür addımı beynəlxalq hüquq və normalara ziddir. Rıbkov ABŞ-ın təkcə Türkiyəni yox, Rusiya ilə qanun çərçivəsində hərbi əməkdaşlıq edən bütün dövlətləri şantaj etdiyini qeyd edib.