Sergey Şoyqu 12 gündən sonra üzə çıxdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 12 gündən sonra üzə çıxıb.

Yenicag.az xəbər verir ki, günlərlə harada olduğu məlum olmayan Sergey Şoyqu haqqında bir sıra iddialar irəli sürülürdü.

Şoyqu 12 gün sonra Təhlükəsizlik Şurasının iclasına qatılıb. Ekranlarda tez-tez görünən Şoyqunun yoxa çıxması spekulyasiyalara səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə Şoyqunun Putin tərəfindən işdən çıxarıldığını iddia edirdi. Bəziləri isə Şoyqunun xəstə olduğunu bildirirdi.

Bütün bu fərziyyələrdən sonra Şoyqu Putinin təşkil etdiyi Təhlükəsizlik Şurasının iclasına qatılıb. Əvvəlki bütün görüşlər Rusiya mətbuatında hərtərəfli işıqlandırılsa da, bugünkü görüşün yalnız bir hissəsi yayımlanıb.