“Rusiya və ABŞ arasında Suriya probleminə dair ikitərəfli əməkdaşlıq məsələnin həllində yeganə müsbət haldır”.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“ABŞ ilə münasibətlər həmişə gərginlik həddində qalmaqdadır” – deyə Şoyqu qeyd edib.
“Gərginliyin əsas nöqtəsi Suriyadır. Əlbəttə, biz həm Suriya, həm də digər məsələlərdə daim ABŞ ilə birgə işləməyə çalışırıq və normal əlaqələr qurmaqda maraqlıyıq” – deyə Rusiyanın müdafiə naziri davam edib.
Nazirin sözlərinə görə, “ABŞ və Rusiya arasında səmərəli əməkdaşlığın yeganə nümunələrindən biri də məhz Suriya məsələsinə aid olub. Tərəflərin ortaq qərarı nəticəsində Suriya ərazisində hava hücumlarının qarşısını almaq demək olar ki, tam reallaşdırılıb. Digər məsələlərə gəldikdə, daha aktiv dialoqlara ehtiyacımız var”.
Həşim Səhrablı