Sərhəd bölgəsində yerləşən polis bölməsinə hücum olub

Türkiyədə sərhəd polis bölməsinə hücum edilib.

Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumu PKK-nın YPG qolu gerçəkləşdirib. TSQ-dən verilən açıqlamaya görə, hücuma anında qarşılıq verilib və 11 terrorist məhv edilib.

Yeniçağ.az