!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sərhəd hərəkatı”nın ildönümü qeyd edilməyəcək – Seytnot problemi

!Reklam – Yazi

serhed1989-ci il dekabrın 31-də Sovet-İran sərhədinin Azərbaycan hissəsinin sökülməsi ilə tarixə “Sərhəd hərəkatı” kimi düşən ümummilli aksiyanın 27-ci ildönümü ilə bağlı hər hansı tədbir nəzərdə tutulmayıb.

Yeniçağ.Az xəbər verir ki, ölkənin siyasi qüvvələri keçmiş SSRİ-də və dünyada şok effekti yaratmış bu aksiyanın növbəti ildönümünü qeyd etmək istiqamətində real addımlar atmayıblar.

Qeyd edək ki, bir qrup partiya sədri, müstəqil siyasətçi və jurnalistlərin bu il noyabrın 17-də Meydan Hərəkatının 28-ci ildönümünü geniş tədbirlə qeyd etmələri bu ənənənin davamlı olacağı qənaətini yaratmışdı. Gözləmək olardı ki, həmin tədbirin təşkilatçıları eyni həssaslığı “Sərhəd hərəkatı”na münasibətdə də göstərəcəklər. Hər halda, 1989-cu il dekabrın 31-də baş tutmuş bu aksiya Sovet sərhədlərinin toxunulmazlığı mifini dağıtmış, Şimali və Cənubi Azərbaycan arasında 70 il mövcud olmuş dəmir pərdəni aradan qaldırmışdı. Digər tərəfdən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də öz başlanğıcını məhz həmin tarix və aksiyadan götürür.

“Sərhəd hərəkatı”nın 27-ci ildönümü ilə bağlı Yeniçağ.Az-a danışan milli-azadlıq hərəkatının fəal iştirakçısı olmuş Bəxtiyar Tuncay bildirib ki, bu tarixi qeyd etməyi nəzərdə tutsalar da, müəyyən səbəblərə görə bu niyyətlərini həyata keçirtmək çətinləşib:

“Əlbəttə ki, Azərbaycanın son onilliklərə aid tarixində “Sərhəd hərəkatı”nın özünəməxsus yeri var. Hələ SSRİ-nin güclü dövrlərində baş tutan aksiya həm ərazi, həm də toplum kimi ikiyə bölünmüş xalqımızın birləşmək əzmini bütün dünyaya göstərdi. 1989-cu ildə, SSRİ-nin dünyaya hələ meydan oxuduğu bir vaxtda onun sərhədlərinin dağıdılmasının nə demək olduğunu təsəvvür etmək çətin deyil.

O baxımdan, həmin şərəfli tarixin qeyd olunması lazım idi. Ancaq təəssüf ki, müəyyən səbəblərə görə bununla bağlı tədbir təşkil etmək hazırlığını vaxtında başa çatdıra bilmədik. Bu üzdən də, tədbirin baş tutması mümkün olmadı. Yəni söhbət 17 noyabr tədbirini təşkil edən siyasi qurumlardan və fərdlərdən gedir. Ancaq bildiyimə görə, başqa təşkilatlar da sərhəd aksiyasına dair tədbir keçirtməyi planlaşdırmırlar”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv