Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərhədçi-gizir Məhəmmədəli Ələkbərovun xatirəsinə abidə-bulaq kompleksi yaradıldı - AĞSTAFADA /FOTOLAR

Vətən müharibəsi şəhidimiz, sərhədçi-gizir Məhəmmədəli Ələkbərovun xatirəsinə abidə-bulaq kompleksi yaradılıb.

Ağstafanın Poylu kəndindən olan Vətən müharibəsi şəhidimiz, sərhədçi-gizir Məhəmmədəli Bayram oğlu Ələkbərovun xatirəsinə yaradılmış abidə-bulaq kompleksinin açılışı olub, şəhidimizin əziz xatirəsi ahtiramla anılıb.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidimizin doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, DSX-nin bir qrup hərbi qulluqçusu, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki,  2014-cü ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəli xidməti fəaliyyəti müddətində çalışqanlığı, intizamı ilə seçilib, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirib. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində xüsusilə fərqlənib və düşmənin əks-hücumunun qarşısını alarkən 2020-ci ilin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. M.Ələkbərovun valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına və şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

1990-cı ilin oktyabrın 15-də Poylu kəndində anadan olan Məhəmmədəli Ələkbərov,  Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Evli olan şəhidimizin özündən sonra iki qız övladı yadigar qalıb.

Allah  bütün şəhidlərimizə rəhmət etsin!

www.yenicag.az

202
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100