!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhədçi qadınlar mükafatlandırıldı

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.

Yeniçağ.az Azərtac-a istinadən xəbər verir ki, martın 7-də Dövlət Sərhəd Xidmətinin Aparatında bayram münasibətilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin inkişafında xüsusi xidmətlərinə önəm verməsindən ətraflı danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin qadınlara verilən yüksək qiymətin təzahürü və cəmiyyətin mənafeyini özündə əks etdirən tarixi qərar olduğu xüsusi vurğulanıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev sərhədçi qadınları təbrik edib, onlara xidmətdə və şəxsi həyatlarında uğurlar arzulayıb. Xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilib.

 

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv