Basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçı “Şəki” və “Sərhədçi” komandaları arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda isə kubokun əsas favoriti “Sabah” “Gəncə” ilə üz-üzə gəlib. Oyun “tələbələr”in 89:77 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu nəticələrdən sonra hərəyə 4 xalı olan “NTD -İndiqo” ilə “Sabah” birinci və ikinci yerləri bölüşürlər. “Sərhədçi” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.