Sərhəddə 5,8 ballıq zəlzələ

Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın bildirir ki, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən məlumat yayıblar.

Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.