Sərhəddə baş verən zəlzələ Naxçıvanda hiss edildi

Noyabrın 13-də 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.