“Ordumuz hələ ki səbir nümayiş etdirir, amma Ermənistan atəşkəsin pozulmasına davam edərsə, cavabımız çox ağır olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi dövrdə atəşkəs pozulmalarının nə mənaya gəldi barədə fikirlərini səsləndirən Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Ermənistan özünü sülhsevər kimi təqdim edir və beynəlxalq ictimaiyyət arasında özləri haqqında aldadıcı rəy yaratmağa çalışır:
“Bu gün şərti sərhəddə Ermənistanın təxribatları davam etməkdədir. Biz atəşkəsin pozulmasına başlandığı tarixə diqqət etsək, görərik ki, bu, Ermənistanın, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təqdim etdiyi bütün şərtlərini qəbul etdiyini aşıqladıqdan sonra başlandı. Burada Ermənistanın düşünülmüş hiyləgər planı var. Çünki, ilk növbədə, Ermənistan özünü sülhsevər kimi təqdim edir və beynəlxalq ictimaiyyət arasında özləri haqqında aldadıcı rəy yaratmağa çalışır”.
“Digər tərəfdən isə silahlanır və atəşkəsi pozmaqla müharibəyə hazırlığını test edir. Təbii ki, Ermənistan çirkin oyunlar oynamaqda davam edir. Şərti sərhəddə atəşkəsin pozulmasnın intensivləşməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın heç də sülh niyyəti olmadığını göstərir. Avropa İttifaqının kəşfiyyatçıları isə Ermənistanın təxribatlarını görmür və ağzına su alaraq hadisələri heç nə baş verməmiş kimi qəbul edir. Çünki onların planı məhz Ermənistan ilə Azərbaycanı təxribata cavab verməyinə cəlb etmək istəyir”, – deyə o, əlavə edib.
“Ordumuz hələ ki səbir nümayiş etdirir, amma Ermənistan atəşkəsin pozulmasına davam edərsə, cavabımız çox ağır olacaq. Yaxşısı odur ki, Paşinyan təxribatlardan əl çəkib sülh müqaviləsinin bütün şərtlərini qəbul etdiyini açıqladığı kimi, həmin şərtlərin icrasına da başlasın. Əks halda sülh olmayacaq və yenidən müharibənin baş verməsi ehtimalı artacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli