!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə külli miqdarda qaçaqmal saxlanılıb

!Reklam – Yazi

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eləcə də dövlət sərhədindən mütəşəkkil cinayətkar qrupların qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, martın 13-də saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilmiş qaçaqmalı “QAZel” markalı, AZ 08-BD-748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri – 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar.

Avtomobilə keçirilmiş baxış zamanı yük yerindən 20 qutuda 3187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini, 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv