!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə narkotik əməliyyatı keçirilib

!Reklam – Yazi

306d7b2f6bb1a93d87fd0a7a4b0b9d1aAzərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 7-də Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb.

Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.

Elə həmin gün Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv