Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərhəddə səngiməyən GƏRGİNLİK: "Azərbaycan Rusiya və Ermənistana ultimatum verməlidir" - Tural Abbaslı

Reklam: Sinerji Pro

“Qarabağda baş verən hadisələri təşvişlə izləyirik və bunlar qətiyyən yolverilməzdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qarabağda baş verən son hadisələr və Azərbaycan hökumətinin izləmə mövqeyində qalmasına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən hadisələr başa düşüləndir, bu gələcəkdə öz həllini tapacaq:

“Azərbaycan Ermənistandan dostluq gözləmir. Azərbaycanı əsas narahat edən məsələ, bizi öz ərazimizdən, rus sülhməramlılarının müvəqqəti səlahiyyət dairəsindən atəşə tuturlar. Üçtərəfli bəyənnamədəki bəndlərdən birində açıq şəkildə qeyd olunub ki, keçmiş Dağlıq Qarabağ ərazisində olan bütün silahlı birləşmələr ya ərazini tərk etməli, ya da tərkisilah edilməlidirlər. Rusiya sülhməramlıları döyüşə qatılmış olsalar da, vətəndaşların indi silahı yerə qoymalarını təmin etməlidirlər. Bu o deməkdir ki, Rusiya sülhməramlıları işlərinin öhtəsindən gələ bilmirlər, gəlmirlər. Əksinə bəlkə də, şərait yaradırlar ki, regionda separatçılıq ocağı yaransın.

Azərbaycan hökumətinin beynəlxalq hüququn normalarına və konstitusiyaya uyğun olaraq, öz daxilində olan bu separatçılığın qarşısını almaq hüququ var. Azərbaycan hökumətindən qətiyyətli addımlar atılmasını tələb edirəm. Yeri gələrsə anti-terror əməliyyatı keçirilməlidir. Rusiya sülhməramlılarının regionda qalıb-qalmaması məsələsi qaldırılmalıdır. Onların burada 5 il qalması düzgün deyil. Ruslar bura gələndən sübut olunub ki, bitərəf deyillər. Konfliktin yatırılmasında maraqlı deyillər. Əksinə erməni tərəfinin nazı ilə oynayırlar. Bu günlərdə informasiya yayılıb ki, Rusiya sülhməramlılarının nəzarəti altında qanunsuz silahlı birləşmələr, terrorçu qruplar təlimlər keçirir. Bunun özü də xəbər verir ki, Rusiya sülhməramlıları bölgədə nəzarəti itirib.

Xarici İşlər Nazirliyi bu işə aktiv qoşulmalıdır. Ölkə daxilində baş verən bu hadisələr rəsmiləşdirilib, sənədləşdirilib bütün beynəlxalq qurumlara göndərilməlidir. Ermənilərin barışmaz mövqeyi bütün dünyaya çatıdırılmalıdır ki, sabah Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirəndə, kimsə bizim üzərimizə gəlməsin. Bu məsələ dözülməzdir. Azərbaycan hökuməti ən azı istər Rusiya, istər Ermənistana ultimatum verməlidir, konkret günlər, şərtlər qoyulmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

453
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100