!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddəki gərginliyin ƏSL SƏBƏBİ: "Status məsələsini diri tutaraq..."

!Reklam – Yazi

“Ermənistanla Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır”.

Yenicag.az xəbər verir ki, bunu sərhəddə baş verən prosesləri dəyərləndirən Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük sülh sazişinin bağlanmasını istəyir və üç məsələnin eyni müqavilədə təsbit edilməsində israr edir:

“Azərbaycan tərəfi kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiq edilməsində maraqlıdır. Ermənistan isə istəyir ki, kommunikasiyalar açılsın, amma “Zəngəzur Dəhlizi” sözü rəsmi sənədlərdə təsbit edilməsin. Sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın yaratdığı reallıqlar da nəzərə alınsın. Xankəndi və ətrafında yaşayan erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın.

Rusiyaya gəlincə, kommunikasiyalar açılmasını, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirmək istəyir. Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez açılsın. Sərhədlərin dəqiqləşdirilməsində də Kreml maraqlıdır. Sadəcə sərhədləri çəkəcək qələmin Putinin əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın. Eyni zamanda, Rusiya Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Demokl qılıncı”nı əskik etməyərək rəsmi Bakının nəzarətdən kənar addımlardan çəkindirməyə çalışır. Buna görə də Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir”.

Kommunikasiya məsələsinin həllində hər üç tərəfin maraqlı olduğunu bildirən Natiq Cəfərli hesab edir ki, sadəcə Azərbaycan və Ermənistanın bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq:

“Sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər. Rusiya bütün sərhədboyu öz qoşunlarını yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq.

Amma həm Ermənistan, həm də Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır. Rusiya nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənir. Çünki nə vaxtsa, İrəvanla Bakı anlaşa bilər. Buna görə də Moskva “rusməramlılarının” Xankədi və ətrafında qalmasını təmin etmək üçün bu gün de-fakto tanıdığı qondarma rejimi, elə bir vəziyyət yarananda de-yure tanıya bilər.

Vəziyyət qəliz və təhlükələrlə doludur. Azərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür. Çünki Xankəndi və ətrafı məsələsində Kremlin istəkləri ilə Bakının mövqeyi heç vaxt üst-üstə düşməyəcək”.

Gülşən Şərif

www.yenicag.az

909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv