!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhədi pozmağa çalışan 5 əcnəbi saxlanıldı - FOTO

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən Yenicag.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb. Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları – 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyənləşib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

www.yenicag.az

2401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv