Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirləri davam etdirilib.
DSX-dən Yenicag.az-a verilən məlumata görə, noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mədinə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.